Yeni Skoda Snowman modelinin şassi testi

Yeni yeddi oturacaqlı SUV Skoda "Snowman" modelinin test yürüşləri zamanı avtomobil sevərlər tərəfindən şəkilləri çəkilib.
Bu modelin hələ hazır kuza tipi olmadığıdan, uzadılmış Yeti modelinə oxşayır. Bunu nəzərə alaraq Skoda bu yolsuzluq avtomobilin ilk test yürüşlərini bu kuza altında testini həyata keçirtdi ki, "Snowman" modeli bu kuzaya bənzər olacaq. Yeni modelin kuzası 4.6 metr uzunluqla Yeti kompakt krossover (4.22 m) modelinin uzunluğundan uzun olacaq.
Snowman 5-oturacaq versiyası ilə təqdim ediləcək ki, əlavə ödənişlə alıcı arxaya iki oturacaq da, əlavə edə bilər ki, bu oturacaqlar da, ancaq uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub. Standart versiyada yalnız ön ötürücüyə sahib olan avtomobilə əlavə ödənişlə tam ötürücü mexanizmini tətbiq etmək olar.
Mənbə: worldcarfans.com