Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Yeni Porsche 911 GT3 RS Ştutqart hava limanında

Yeni Porsche 911 GT3 RS Ştutqart hava limanında

"Lava Orange" (Lava çəhrayı) kimi adlandırılan rəngə sahib yeni Porsche 911 GT3 RS Almaniya yollarında görünüb.

Ştutqart hava limanında şəkli çəkilən 911 GT3 RS modeli, sifarişli model sayılır baxmayaraq ki, "Porsche" ilk sifarişlərin may ayında qəbul edəcəklərini bəyan etmişdilər. Avtomobilin qiyməti 181.690 avrodan başlasa da, Porsche xəbər verib ki, GT3 RS modelinin kifayət qədər aqressiv görünüşlü olması, GT2 modelinin istehsalını sual altına alır.

Bu parlaq rəngə isə, 2.653 avro ödəməklə sahib olmaq olar. Bundan başqa, eyni məbləği ödəməklə 911 GT3 RS modeli üçün ultra-bənövşəyi rəng çalarını da, əlavə etmək olar ki, bu zaman işlənəcək boz və metalik rəng çalarları əlavə ödəniş tələb etməyəcək. Rəng çalarlarının seçimindən asılı olmayaraq, bütün avtomobillər 20-dyumluq ön və 21-dyumluq arxa yüngül ıehimli disklərlə təchiz edilib.

Xatırladaq ki, avtomobil əsas üstünlüyü onun 4.0 litrlik 500 a.g. mühərrikə sahib olmasıdır. Bu isə, 0-100 km/saat sürətini cəmi 3.3 saniyə ərzində yığmağa imkan verir. Bu zaman, avtomobilin maksimal sürəti 322 km/saat təşkil edir.

Mənbə: autogespot.com

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur