Yeni Nissan Murano Hybrid
Nissan avtomobil şirkəti yeni "Murano Hybrid" modelini Şanxayda keçirilən avtomobil sərgisində təqdimatını etdi.
"Çin bazarı üçün daha çox keyfiyyət və rahatlıq" gətirmək məqsədi ilə dizayn edilən yeni "Murano Hybrid" modeli 2.5-litrlik benzin mühərriklə, elektrik mühərriki ilə və litium-ion batareyaları ilə təchiz edilib.
Avtomobilin texniki göstəriciləri tam açıqlanmasa da, transmissiyası "Pathfinder Hybrid" modelində olduğu transmissiyaya bənzəyir ki, burada da, mühərrik maksimal 250 a.g. sahib olacağı gözlənilir.
Bundan başqa Nissan şirkətindən bildirilib ki, "Murano Hybrid" çox yaxşı gücləndiriciyə sahibdir və 2.0-litrlik 4-silindirli mühərrikə sahib modellərdəki kimi qənaətli yanacaq sərfiyyatına malikdir.
Artıq bu ilin yayında yeni "Murano Hybrid" Çində sayışa çıxarılacaq. Lakin, avtomobilin beynəlxalq bazara çıxacağı haqdə hələki heç bir məlumat yoxdur.
Mənbə: Nissan