Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Yeni Mercedes-Benz GLC Coupe modeli

Bəzi şayələrdən sonra, Mercedes-Benz nəhayət ki, özünün yeni GLC kupe modelinin sabah baş tutacaq "Auto Shanghai" sərgisində təqdimatını planlaşdırır.

"İstehsala yaxın versiya" kimi nəzərdə tutulan "GLC Coupe" modelini Mercedes-Benz "BMW X4" modeli üçün cavab olaraq növbəti il üçün istehsalına hazırlayır. GLK versiyasıyının ikinci nəsli hesab edilən bu model GLC kimi adlandırılır və dizayndan da, görmək olar ki, modelin hardasa "GLE Coupe" versiyasına oxşarlığı var.

21-dyumluq yüngül lehimli disklərlə təchiz edilmiş yeni modelin uzunluğu 4.73 m və təkər bazası arasındakı məsafə 2.83 m təşkil edir. Avtomobil LED işqlarla təchiz edilib və krossoverin kuzası mat bronza rəngi ilə "günəş-şüası" rənginin vəhdətini təşkil edən rəng çalarlarına sahib olub. Avtomobilin daha yaraşıqlı görünüşünü təmin etmək məqsədi ilə yeni qapı tutacaqlarına və 1.60 m hündürlüyə malik mayilli tavana sahib olub.

Mercedes-Benz şirkətindən verilən məlumata əsasən avtomobil "GLE Coupe" modeli kimi dörd ədəd qazboğucu sistemə və eyni arxa LED fənərlərə sahib olacaq.

Mühərrikə gəldikdə, burada V6 tipli 3.0-litrlik və 360 a.g.bi-turbo mühərrik yer alacaq. Bundan başqa mühərrik 9-pilləli avtomat transmissiya ilə hərəkətə gətiriləcək. Avtomobil 4MATİC tam ötürücü sisteminə sahib olacaq.

Mənbə: Mercedes-Benz

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur