Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Yeni Lamborghini Aventador SV özəllikləri

Yeni Lamborghini Aventador SV özəllikləri

Lamborghini-nin dizayn şöbəsinin müdiri Filippo Perini yeni Aventador Superveloce (SV - Superveloce) avtomobilinin dizaynı haqqında ətraflı məlumat verib.

Onların əsas məqsədi avtomobilin aerodinamik göstəricilərini yaxşılaşdırmaqdır. Bu məqsədlə avtomobil üçün mexaniki olaraq 3 səviyyədə: aşağı, orta və yuxarı, tənzimlənən arxa spoyler əlavə edilib. Digər mühüm yeniliyə böyüdülmüş arxa diffuzor, yeni qazboğucu sistem, fiksasiya edilmiş yan ventilyasiya arakəsmələri və 20-dyumluq ön və 21-dyumluq arxa Pirelli P Zero Corsa şinləri ilə örtülmüş təkər diskləridir. Bundan başqa avtomobil ön hissəsi elə dizayn edilib ki, avtomobilin yanlarına düşən aerodinamik təzyiqini tarazlaşdırsın.

Avtomobilin əsas hissələri karbon liflərdən hazırlanmışdır ki, bu da, onun çəkisinin 50 kg azaldaraq yeni Aventador SV modelinin ümumi çəkisini 1,525 kg saxlamağa imkan verib. Mühərrik yenilənməsi ilə, V12 tipli 6.5 litrlik mühərriklə avtomobilin gücünü 50 a.g. artıraraq, 750 a.g. çatdırılmışdır.

Bütün bu yeniliklərin tətbiqi ilə avtomobilin sürətinin 0-100 km/saat çatdırılması üçün sərf olunan zaman da 0.1 saniyə azalaraq 2.8 saniyəyə endirilmişdir. Bu zaman avtomobilin elektriklə tənzimlənən maksimal sürəti 350 km/saat bərabərdir.

Bu yazın sonu satışa buraxılacaq avtomobilin ilkin satış qiyməti 327,190 vro dəyərindədir.

Mənbə: Lamborghini

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur