Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

300 a.g. yeni 2016 Nissan Maxima

"Nissan"-dan yeni 2016 Maxima modeli Nyu-York avtomobil sərgisində nümayiş etdirildi.

İdman tipli sedan konsepti kimi təqdim edilən 2016 Maxima modeli yeni dizayna malikdir. Avtomobil "V-Motion" formalı ön hissəyə və LED fənərlərə sahib olub. infused headlights. Arxası daha çox dizayn yenilənməyə sahib olub. Dizayn yenilənməsindən başqa arxada ikili qazboğucu əlavə edilib. Avtomobil həmçinin, 18-dyumluq yeni yüngül lehimli təkər diskləri ilə təchiz edilib.

Yeni dizayn avtomobilin salonunda da, yüksək keyfiyyətli materialların və yeni texnologiyanın tətbiqi ilə, öz əksini tapır. İlk növbədə yeni sükan, alkantar işləmələr və sürücüdən 7 dərəcə bucaq altında yerləşdirilən alətlər paneli göz oxşayır. Salonda həmçinin, 7.0-dyumluq sürücü bələdçi sistemi ilə təchiz edilmiş multimediya disleyini görmək olar.

Əlavə olaraq, qızdırılan və soyudulan ön oturacaqlar, "Bose" audio sistemi və "Ascot" dəri oturacaqlar əlavə edilib. Bu model həmçinin, bir neçə təhlükəsizlik funksiyaları ilə də, təchiz edilə bilər ki, bura kruis kontrol, arxadan yaxınlasan avtomobil barədə xəbərdarlıq funksiyası və ön zərbə anı barədə xəbərdarlıq sistemi daxildir.

Avtomobilin mühərrikinə gəldikdə, burada 3.5 litrlik 300 a.g. V6 tipli mühərrik daxil edilmişdir. Mühərrik yeni tip "Xtronic" transmissiyası vasitəsilə hərəkətə gətirilir.

Mənbə: Nissan

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur