Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Yeni 2016 Kia Sportage modelinin rəsmi şəkilləri təqdim edildi

Yeni 2016 Kia Sportage modelinin rəsmi şəkilləri təqdim edildi.

Sentyabrın 15-i Frankfurtda baş tutacaq Beynəlxalq Avtomobil Sərgisində nümayişi nəzərdə tutulan Sportage ailəsinin dördüncü nümayəndəsi sayılan bu avtomobil "bəzi müasir döyüş təyyarələrində gözə çarpan" iti və hamar dizayna sahibdir.

Daha çox dəyişikliyə avtombilin ön hissəsində rast gəlinir ki, burada, əvvəlki versiyalardan fərqli olaraq ön işıqlandırma fənərləri artıq radiator qəfəsi ilə əlaqəli olmayıb, bir balaca arxaya doğru quraşdırılmışdır. Bunun nəticəsində də, radiator qəfəsi avtomobilə daha möhtəşəm və stabil görünüş verir.

Avtomobilin arxa hissəsinə nəzər saldıqda isə görmək olar ki, burada 2013 Kia Provo konsepsiyasından götürülmüş və bir xətt üzrə quraşdırılmış arxa işıqlandırma vardır. Dönmə və geriyə hərəkət fənərləri isə ayrılaraq aşağı hissədə quraşdırılmışdır.

Avtomobilin rəsmi texniki göstəriciləri barədə hal-hazırda heç bir məlumat olmasada, böyük ehtimalla rəsmi təqdimatdan sonra bütün xüsusiyyətləri açıqlanacaq. Bunun üçün daimi xəbərlərimizi izləməyə davam edin..

Mənbə: Kia

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur