Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Tyuninq edilmiş yeni 518 a.g. Volkswagen Golf R500

Oettinger tyuninq şirkəti özlərinin yeni "Volkswagen Golf R500" modelinin təqdimatını həyata keçirtdilər.

"Super idman avtomobili" kimi təqdim edilən bu avtomobil Golf R modeli əsasında hazırlanıb və aqressiv kuzaya və üzəri "Dunlop Sport Maxx" şinləri ilə örtülmüş 20-dyumluq ATS tökmə diskləri ilə təchiz edilmişdir.

İdman tipli dizayn avtomobilin salonunda da, davam edir. Beləki, bura dəri Alkantar oturacaqlar, alkantar işləməli və yenilənmiş alətlər paneli daxildir. Bu modeldə həmçinin, yeni ötürücü qolu və narıncı rəngli işləmələr görmək olar.

Ən çox dəyişikliyə isə avtomobilin mühərriki uğrayıb. Bura 2.5-litrlik 5-silindirli modifikasiya edilmiş TFSI mühərriki daxil edilib. Həmçinin, yeni yanacaq bakı, porşenlər və təkmilləşdirilmiş ECU sistemi ilə təchiz edilib. Avtomobilin havalandırma sistemi və qazboğucu sistemi təkmilləşdirilib. Bütün bu yeniliklər sayəsində avtomobil 518 a.g. sahib olub.

Belə gücə sahib olan R500, 100 km/saat sürətini cəmi 3.4 saniyə ərzində tamamlayır. Bu zaman elektriklə tənzimlənən maksimal sürət 300 km/saat təşkil edir.

Əgər, sürət həvəskarları üçün bu kifayət deyilsə, o zaman, şirkət 650 a.g. və 700 a.g. sahib olacaq digər versiya üzərində çalışırlar.

R500 modeli məhdud sayda satışa çıxarılacağı gözlənilir. Qiymətə gəldikdə isə, qiymət 150.000 avro civarında müəyyən edilib.

Mənbə: Oettinger

Paylaşma

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say10

Archives

Xəbərlər

Bizimlə əlaqə

Copyright © 2015 - 2019. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur