Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

400 a.g. sahib yeni Volkswagen Golf GTE Sport konsepti

Volkswagen şirkəti Avstriyanın Vorterze şəhərində özünün yeni Golf GTE Sport konseptinin təqdimatını həyata keçirtdi.

"Golf GTI Clubsport" və "Golf GTI Performance" modelləri üçün nəzərdə tutulan illik GTİ toplantısı zamanı yeni "Golf GTE Sport" konseptinin maraqlı məlumatları üzə çıxdı. Bu model Golf GTE hibrid modellərinə oqədər də, oxşarlığı yoxdu. Belə ki, bu model "White Club" tipli karbon lifli və "qənədə" bənzər açıla bilən qapılara sahib kuzaya malikdir.

İnteryer maraqlı olduğu üçün qeyd etməliyik ki, avtomobilin salonu sürücü və sərnişin üçün ayrıca sahələrə bölünüb. Həmçinin sürücü və sərnişin üçün 5 istiqamətdə bağlanan kəmərlə təchiz olunmuş idman tipli oturacaqlar quraşdırılmışdır. Avtomobilin sükanı tam olaraq karbondan hazırlanmışdır. Ötürücü mexanizmi isə mexaniki əllə keçirilir və ötürücü qolu sükanın altında yerləşir. Ənənəvi rəqəmsal yığım sistemi indi üst-üstə quraşdırılmış iki ədəd şəffaf displeydən ibarətdir.

Avtomobilin mühərrikinə gəldikdə, burada çox güclü 1.6-litrlik hibrid sistemlə təchiz edilmiş TSİ mühərriki yer alır. "Polo R WRC" kimi uyğunlaşdırılan TSİ mühərriki 299 a.g. sahibdir. Buraya birgə çalışan iki ədəd elektrik mühərriki, bunlardan biri ön hissədə quraşdırılan və 115 a.g. 6-ötürücülü DCT üzərində quraşdırılan, digəri isə arxa hissədə quraşdırılan 115 a.g. mühərriki daxildir. Beləliklə də, yeni "Golf GTE Sport" konsepti bu mühərrik kombinasiyası ilə ümumilikdə 400 a.g. sahib olub.

Avtomobilin yanma mühərriki və iki ədəd elektrik mühərrikləri maksimal gücə çatdıqda, avtomobil 0-100 km/saat sürətini cəmi 4.3 saniyə ərzində tamamlayır.

Mənbə: Volkswagen

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur