500 a.g. sahib yeni dizayna malik Volkswagen Beetle model təsviri
"Alpera Motors" şirkətinin dizayneri A.Deniz ÖZBARLI tərəfindən dizayn edilən klassik Volkswagen Beetle modelinin kompyuter vasitasilə hazırlanmış dizayn təsviri.
Yaraşıqlı dizayna sahib Beetle modeli həmişə sərbəst fəaliyyət göstərən dizaynerlərin hədəfi olmuşdur. Onlar avtomobilin müxtəlif xüsusiyyətlərdə dizaynını verərək 1974 Super Beetle versiyasının yaranmasına səbəb olmuşdular.
Avtomobil müasir kuza yeniliklərinə sahib olsa da, özünün klassik xüsusiyyətlərini qoruyub saxlamaqda davam edir. "Alpera TULPAR" kimi tanınan yeni Beetle modeli tvin-turbo mühərriki ilə 500 a.g. malikdir.
Xatırladaq ki, Volkswagen şirkəti rəsmən təsdiqləyib ki, bütün yeni Beetle modellərinin istehsalına yaxın 3 ildə start veriləcək və bu modellər MQB platformasına sahib olacaqlar.
Mənbə: alpera-motors.com