Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Tyuninq olunmuş Audi RS5 Cabriolet

"Audi Forum Neckarsulm" avtomobil zavodu özlərinin yenilənmiş Audi RS5 Cabriolet modelini təqdim etdilər.

90.000 avro dəyəri olan standart versiyalı RS5 Cabrio modelindən razı qalmayanlar üçün, Audi eksklyuziv olaraq yeni qara metalik rəngli modelini təklif edir. Yeni modeldə 20-dyumluq, çarx görünüşü verən, 5 ulduzlu təkər dikləri və RS sport qazboğucu sistemi quraşdırılıb.

Salon hissəsinə gəldikdə, avtomobil, alkantar və iki rəng çalarlı - qırmızı və qara S idman oturacaqlarına sahib olub. Avtomobildə həmçinin, yeni alkantar işləməli sükan, dəri işləməli və al-qırmızı rəngli ayaqaltılar yer alır. Siyahıdakı yenilənməni alətlər paneli və ötürücü qutusunun karbon liflərdən istifadə edilərək yeni dizaynı tamamlayır.

Xatırladaq ki, Audi RS5 Cabriolet modelinin mühərrik paketinə V8 tipli 4.2-litrlik 443 a.g. mühərrik daxildir ki, bu da, kifayət edir ki, avtomobil 100 km/saat sürətini cəmi 4.9 saniyə ərzində tamamlasın. Bu zaman maksimal sürət 280 km/saat təşkil edir.

Mənbə: Audi Forum Neckarsulm

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur