Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Toyota Corolla ESport Nyurburqinq versiyası

Toyota Corolla ESport Nyurburqinq versiyası

Toyota rəsmi olaraq Taylandda istehsal edilən və satılan Corolla modelinin Nyurburqinq versiyasını təqdim etdi.

"Corolla" və "Nürburgring" adları artıq çoxdan biryerdə çəkilir. Lakin, Toyota Tayland şöbəsi Nyurburqrinqdə 24 saatlıq dözümlülük yarışmasında öz sinfində 7-ci yeri tutan Toyota Corolla Altis modelinin xüsusi versiyasını hazırlamaq istəyirlər.

Məhdud sayda istehsal ediləcək bu model ESport versiyası kimi yığılacaq. Lakin, bura 17-dyumluq yüngül lehimli disklər, yenilənmiş ön bamper və qara radiator qəfəsi, arxa spoyler və geniş diffuzor daxil olacaq. Salonda dəri oturacaqlar, dəri işləməli qapı panelləri və alətlər paneli quraşdırılır.

Mühərrik bölümünə gəldikdə buraya 4-silindirli 1.8-litrlik 141 a.g. sahib mühərrik daxildir. Həmçinin, avtomobil ön ötürücüyə sahibdir. Qara Mika (Black Mica) və Ağ Mirvari (White Pearl) rəngli kuza versiyaları ilə təklif ediləcək Toyota Corolla ESport Nürburgring Edition əvvəlki versiyalardan fərqli olaraq yenilənmiş asmaya sahib olacaq ki, bu da, onun idarəedilməsini rahatlaşdıracaq.

Mənbə: worldcarfans.com

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur