Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Yenilənmiş Stinger GTR paketinə sahib Porsche 991 modeli

"TOPCAR" tyuninq atelyesi "Porsche 911" (991) modeli üçün hazırladığı yeni "Stinger GTR" paketini təqdim etdi.

Tyuninq atelyesinin ən son yeniliyinə əsasən avtomobil kuzasının demək olar ki, 90%-i yenilənib və 24 komponenti karbon liflərdən hazırlanıb. Əlbətdə bu səbəbdən adi Stinger GTR paketinin qiyməti 49.000 € olduğu halda, yeni karbon versiyasının qiyməti 15.000 € baha başa gəlir. Quraşdırma üçün əlavə 10,000 € ödənilərsə alıcı daha bahalı avtomobil əldə edir.

Turbo-S modeli əsasında hazırlanan bu tip avtomobil standart konfiqurasiyada Almaniyada satış qiyməti 197,041 € təşkil edir. Lakin bu model əlavə ADV.1 sükanına və qızıl işləmələrlə karbon liflərin kombinasiyasından ibarət dəbdəbəli salona sahib olub. Bütün bu yenilikləri tətbiq etdikdən sonra avtomobilin tam qiyməti 290,000 € çatır.

Mənbə: TOPCAR

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur