Aston Martin DB10 və Jaguar C-X75 modellərinin SPECTRE filmi üçün çəkiliş kadrları (video)
"James Bond 007" YouTube kanalında "SPECTRE" filmi üçün yeni səhnələrin çəkiliş videosu paylaşılıb.
"Aston Martin DB10" və "Jaguar C-X75" modellərinin yürüş səhnəsinə tamaşa edərkən, filmdən ilkin təsuratları almaq mümkündür.
Nümayiş üçün nəzərdə tutulan kiçik video klipin uzun sürməməsinə baxmayaraq, filmin rejissoru Sam Mendes deyib: "bu filmdə siz indiyə qədər görmədiyiniz, dünyanın iki ən sürətli avtomobillinin Roma küçələrində yürüş səhnələrini görəcəksiniz"
"SPECTRE" filmin, baş rolda - James Bond rolunda çəkilən məhşur aktyor Daniel Craig iştirakı ilə bu il noyabrın 6-da təqdimatı baş tutacaq.
Mənbə: YouTube