Dünyanın ən kiçik avtomobili Smart ForTwo, “səs bombası”-na çevrildi
Smart və JBL audio sistemlərin bircə layihəsi əsasında dünyanın ən kiçik avtomobili sayılan 2015 ForTwo modelini "dünyanın ən kiçik, təkər üzərində olan konsert salonuna" çeviriblər.
100 metrdən az olmayan kabeldən və 10 kv/m izolyasiya meterialı istifadə edilərək, 16 kalonka, 5 gücləndirici və hərəsinin diametri 30 sm olmaqla 2 ədəd sabvufer sayəsində yeni ForTwo modeli tyuninq edilib.
Mosconi avtomobildə "wave, flac, lossless və mp3" tipli audio faylların keyfiyyət itkisiz səsləndirilməsi üçün xüsusi rəqəmsal siqnal prosessorunun quraşdırılması cabadehliyini öz üzərinə götürüb. Beləki, bu audio fayllar A2DP (Advanced Audio Distribution Profile) vasitəsilə Windows Mobile, iOS və Android əməliyyat sistemli smartfon və planşetlərdən transfer edilərək, səsləndirilə bilər.
Mənbə: Smart