Rolls-Royce-dan yeni Wraith modeli
Rolls-Royce avtomobil konserni özlərinin yeni "Wraith" adlı xüsusi modelinin şəkillərini təqdim etdilər.
"Rolls-Royce" avtomobilinin yeni Wraith kupe modeli məhdud sayda cəmi 3 ədəd istehsalı planlaşdırılıb. Bu model rəsmi olaraq Porto Cervodakı "Rolls-Royce Summer Studio"-da lahiyələndirilib və dəniz görünüşlü rəng çalarlarına sahib olub. Avtomobilin eksteryeri "Azurite" mineralına bənzər göy rəngdə, salonu isə "Navy" göy rəngdə işlənib.
Avtomobilin oturacaq baş altlığının üzərində arktik ağ rəngli "Promenade du Port Bespoke" emblemi təsvir edilir. İnteryerin arktik ağ rəngli dəri otuacaqları və Canadel adlı kral qoz ağacı materialından hazırlanmış alətlər paneli avtomobili əsil yaxtaya bənzədir.
Avtomobilin mexaniki göstəricilərinə gəldikdə, burada, V12 tipli 6.6-litrlik 632 a.g. ikili turbo mühərrik quraşdırılıb.
Mənbə: Rolls-Royce