Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Yeni universal versiyalı Renault Talisman

Renault şirkəti özünün yeni universal kuzalı "Talisman" modelinin 2015 İAA sərgisində baş tutacaq təqdimatdan öncəki sirlərini açdı.

Avtomobilin dizaynına nəzər yetirdikdə heç də, təəccüblənmək lazım deyil ki, avtomobil sedan versiyası kimi dizayn edilib. Oxşarlığa yanlardan LED diodlu fənərlərin və C-formalı LED gündüz işıqlarının əhatəsində olan böyük ön radiatorun olması daxildir. Yeni "Talisman Estate" eyni dinamik nisbətin, parlaq profilin və böyüdülmüş baqajın olması ilə birgə sedan modeli ilə eyni ölçülərə sahib olub.

Yeni universal modelin baqajı, arxa buferin alt hissəsindən "ayaqla yüngül yellədikdə" açılma funksiyasına sahib olub. Avtomobilin baqaj hissəsinənəzər saldıqda, 1.116 mm baqaja sahib avtomobil 572 litr tutuma sahibdir. Lakin, arxa oturacaqların qatlanması sayəsində baqajın uzunluğu 2.010 mm çatdırılaraq onun tutumu 1.700 litrə kimi artır.

Talisman modelinin bütün əksər özəllikləri universal versiyasında da, tətbiq edilib. Buraya, ön oturacaqların 10 müxtəlif elektrikli ayarları, oturacaq belinin 4 müxtəlif vəziyyətli elektrik tənzimlənməsi, massaj funksiyası, qızdırma və soyutma sistemi daxildir.

Mühərrikin güc xüsusiyyətləri sedan versiyasında olduğu kimi tənzimlənib. Bura, 7-pilləli ikili muftalı ötüücüyə sahib "TCe 150" və "TCe 200" turbo mühərriklər və 6-pilləli mexaniki və 7-pilləli ikili muftalı ötürücü qutusuna malik "dCi 110" və "dCi 130" dizelmühərrikləri daxildir. Burada həmçinin, 6-pilləli flaqman sayılan "dCi 160" ikili-turbo dizel mühərrikinin də, quraşdırılması təklif edilə bilər.

Mənbə: Renault

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say10

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur