Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Porsche Cayman GT4 mexaniki ötürücü qutusunu saxlayacaq və 911 GT2 modeli hələki istehsal edilməyə bilər

Porsche Cayman GT4 mexaniki ötürücü qutusunu saxlayacaq və 911 GT2 modeli hələki istehsal edilməyə bilər

Porsche's GT şöbəsinin rəhbəri Andreas Preuinger şirkətin gələcək planları barədə yeni məlumatlar verib.

"Car & Driver" nəşrinə verdiyi xəbərə istinadən, Preuinger bildirib ki, hazırki istehsal edilən Cayman GT4 məhdud sayda, cəmi 1800 - 2500 ədəd istehsal ediləcək. Onun məlumatına görə, Cayman GT4 modelində tətbiq etdikləri yeni mexaniki ötürücü qutusu gələcəkdə 911 GT modeli də, daxil olmaqla Porsche-nin bütün modellərində tətbiq edilə bilər.

Göründüyü kimi, hazırki 911 modelinin yeni GT2 versiyası istehsal edilməyəcək. Beləki, 911 in artıq yeni GT3 RS versiyası onun yerini tam tutacaq. Bundan başqa, Macan və Cayenne modelləri GT xüsusiyyətlərinə sahib olmayacaq. Çünki, Preuinger inanır ki, GT-əsaslı modellər "qardaşlıq əlaqələrində olmalıdır", həmçinin, Cayenne GTS modeli GT sinfi üçün kifayət edər.

Son olaraq Porsche GT şöbəsinin rəhbəri bildirib ki, baxmayaraq ki, BMW-nin M sinfində olan modellərində xDrive sistemi tətbiq olunacaq, GT modelləri üçün tam ötürücünün tətbiqi hələki nəzərdə tutulmayıb.

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur