Yeni Nissan Micra N-TEC
Nissan avtomobil şirkəti özünün yeni "Micra N-TEC" modelinin Frankfurtda baş tutacaq avtomobil sərgisində təqdimatını planlaşdırıb.
Artıq sentyabr ayında satışa gedəcək avtomobilin xüsusi versiyası "Micra Acenta" modelinin bazası əsasında yaradılıb və tam yeni xrom işləməli eksteryerə, tündləşdirilmiş şüşələrə və 16-dyumluq yüngül lehimli disklərə sahib olub. Avtomobil həmçinin, dumana qarşı işıqlandırma, yağışa həssas şüşəsilənlər və arxa parklama sensorları ilətəhciz edilib.
İnteryerə gəldikdə, sürücü burada dəri işləməli, göy toxunuşlu və xromlanmış qara rəngli sükana sahib olub. Digər özəlliklərə avtomatik klimat kontrol sistemi və "NissanConnect" naviqasiya sistemi daxildir.
Mühərrikə gəldikdə, iki ədəd benzin yanacaqlı mühərrik təklif edilə bilər. Birinci, 1.2-litrlik 80 a.g. sahib mühərrik, ikincisi isə 1.2-litrlik 98 a.g. sahib mühərrikdir.
Mənbə: Nissan Europe