Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Mercedes GLE modelinin rəsmi şəkilləri və xüsusiyyətləri

Mercedes rəsmi olaraq özünün yeni 2016 GLE modellərinin rəsimləri ilə paylaşdı.

Nyu-York avtomobil sərgisində nümayişi planlaşdırılan GLE mahiyyətcə yenilənmiş M-Class modelinin yeni nümayəndəsidir. Nəticə etibarı ilə bu avtomobil M-Class sinfi ilə oxşar dizayna sahib olsa da, buraya yenilənmiş radiator qəfəsi və fənərlər daxildir. Avtomobilin arxa tərəfi də, yenilənib ki, buraya yenilənmiş LED fənərləri və idman tipli qazboğucu sistem daxil edilib.

AMG versiyalı modelləri daha aqressiv görünüşlü idman tipli ön bamperə, birxətli radiator qəfəsinə və titanium boz rəngli 20-dyumluq yüngül lehimli təkər disklərinə sahibdir. Yüksək performanslı krossover həmçinin, arxa diffuzor və dörd turbalı qazboğucu sistemlə də, təchiz edilib.

Avtomobilin interyeri daha çox əvvəlki modeldən alınsa da, buraya yeni multifunksional sükan və multimediya sistemi daxil edilib.

Avtomobilin kapotu altında bir çox mühərrik versiyaları quraşdırıla bilər:

1) V6 tipli 3.0-litrlik 333 a.g. tvin-turbo mühərriki,
2) V8 tipli 4.7-litrlik 430 a.g. tvin-turbo mühərriki,
3) Dörd silindirli 2.1-litrlik 200 a.g. turbo-dizel mühərriki,
4) V6 tipli 3.0-litrlik 255 a.g. turbo-dizel mühərriki.

Daha böyük güc və sürət həvəskarları olan alıcılar GLE 63 AMG modeli üçün hazırlanmış V8 tipli 5.5-litrlik 550 a.g. mühərrik seçimini edə bilərlər. Bu mühərriklə, krossover 0-100 km/saat sürətini cəmi 4.3 saniyə ərzində tamamlayır. Bu zaman avtomobilin elektriklə tənzimlənən maksimal sürəti 250 km/saat təşkil edir.

GLE 63 AMG S modelində daha da, irəli gedərək 580 a.g. mühərrik tətbiq ediblər ki, bu mühərriklə də avtomobil 0-100 km/saat sürətini 4.2 saniyə ərzində başa vura bilir.

Alıcılar həmçinin 3.0-litrlik V6 tipli BlueDIRECT mühərrikinə sahib GLE 500 e 4MATIC hibrid modelini də, sifariş edə bilərlər. Buraya, 1 saat ərzində 8.8 kVA gücə sahib "lithium-ion" tipli batareyalar və elektrik mühərriki daxil edilmiş 7-pilləli 7G-TRONIC PLUS avtomat ötürücü qutusu daxildir. Bu konfiqurasiyalı krossover, 435 a.g. sahib olacaq.

Bu güc konfiqurasiyasına baxmayaraq, avtomobil 100 km yola cəmi 3.3 litr yanacaq sərf edəcək. Bundan başqa elektrik mühərriklə əlavə 30 km məsafəni stabil 130 km/saat sürətlə qət edə bilər.

Mənbə: Mercedes-Benz

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur