Mercedes-Benz S-Class Cabriolet

Çox sadə örtülmüş yeni Mercedes-Benz S-Class kabriolet modelinin test yürüşləri zaman şəkli çəkilib. Yeni modelin metal dam örtüyü, parça tipli və açılıb - bağlana bilən dam örtüyü ilə əvəz edildi. S-Class layihəsinin meneceri Martin Halder bu modeli "ulduzları seyr edenler üçün avtomobil" adlandırıb.
Yeni kupe modelində arxa güzgü üzərində quraşdırılan əyləc işığı (STOP), məlum səbəblərə görə kabriolet modelində bir qədər yeri dəyişdirilib. Ümumilikdə bütün dizayn tam olaraq kupe modelindən göterelsə də, ehtimal edilir ki, bu heçdə, dizaynın sonuncu versiyası deyil.
Bu il nümayişi planlaşdırılan Mercedes-Benz S-Class Cabriolet modeli kupe modelinin eyni mühərriki üzərində yığılacaq. Seçim üçün S63 AMG kupe modelinin V8 tipli 5.5 litrlik tvin-turbo mühərriki və S65 AMG kupe modelinin V12 tipli 6.0 litrlik tvin-turbo mühərriki nəzərdə tutulub.
Yeni Mercedes-Benz S-Class Cabriolet modelinin təqdimatı böyük ehtimalla bu ilin sentyabr ayında "Frankfurt Motor Show"-da baş tutacaq.
Mənbə: worldcarfans.com