Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Mercedes-Benz G-Class modellərini yenilədi

Mercedes-Benz şirkəti yeni "G-Class" nümayəndəsinin sirlərini açdı.

Üumumilikdə əsas yeniliklər "G500" versiyası ilə bağlıdır ki, bu model 4.0-litrlik V8 tipli biturbo mühərrikinə sahib olub. Bu mühərriklə həmçinin, G500 4x4 konsepti də, təchiz edilib. Mühərrik 2250 və 4750 dövr anı ilə 422 a.g. malikdir. Bu mühərriklə ofrouder sinfinə məxsus avtomobil 100 km/saat sürətini cəmi 5.9 saniyə ərzində tamamlayır. "G350d" versiyası isə, 245 a.g. sahib olaraq 100 km/saat sürətini cəmi 8.9 saniyə ərzində tamamlaya bilir.

Bundan başqa Mercedes ailəsinin AMG modelləri də, mühərrik yeniliklərinə sahib olublar. Bunlardan biri G-63 modeli hal-hazırda 571 a.g. sahib mühərriklə təchiz edilir. G-65 modeli 630 a.g. ilə maksimal 1000 Nm dövr anına sahib mühərriklə təklif edilir.

Vizial olaraq G350d və G500 modelləri yenilənmiş bamperlərə və standart AMG tipli avtomobil rəngində olan təkər tağlarına sahib olublar. G350d modeli standart 18-dyumluq 5-guşəli yüngül lehimli təkər diskləri ilə təklif edilir.

Mercedes-Benz şirkəti həmçinin, yeni "AMG EDITION 463" xüsusi modelinə idman görünüşü verməklə yeniləyib. Avtomobilin intererinə iki rəng çalarlı alətlər paneli, yan tərəfləri xüsusi karbon görünüşlü dəri ilə işlənmiş iki rəng çalarlı oturacaqlar, romb formalı nappa dəri işləmələrə sahib oturacaqlar və qapı panelləri daxildir. Xaricdən avtomobilin karterini zərbədən qorumaq üçün xüsusi qoruyucuya və 21-dyumluq təkər disklərinə sahib olub.

Mənbə: Mercedes-Benz

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur