Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Tyuninq edilmiş hetçbek Mercedes-Benz A45 AMG

Daimler tərəfindən hazırlanmış hetçbek, "Folien Experte" tərəfindən tyuninq edilərək, mat qırmızı rəngli xromlanmış kuzaya sahib olub.

Arxa spoylerə və əlavə çıxıntılara nəzər salsaq görmək olar ki, bu model 12 ay ərzində satışda olan ilk versiyadır. Avtomobilin standart kuzası "Folien Experte" mühəndisləri tərəfindən 4.200 avro dəyərində olan qırmızı xrom mat rənglə rənglənib. Bundan başqa, avtomobil digər yeniliklərə sahib olub ki, buraya, 3.000 avro dəyərində olan KW asqı sistemi və üzəri Pirelli P Zero 235/35 R19 şinləri ilə örtülmüş 19-dyumluq "Brabus Monoblock F" təkər diskələri daxildir ki, bu komplektin də qiyməti 4.500 avro təşkil edir.

Avtomobil kosmetik yenilikdən başqa daha güclü 4-silindirli, 2.0-litrlik turbo gücləndirilmiş 435 a.g. mühərrikə sahib olub. Lakin, mühəriik yenilənməsi o qədər də, ucuz başa gəlmir. Belə ki, avtomobil 7.117 € dəyərində olan "PP-Performance" tərəfindən yeni yarış filterləri, idman tilpli qaz boğucu sistem və elektron idarəetmə blokuna (ECU) sahib olub. 1 il zəmanət və TÜV sertifikatlaşdırma əlavə 498 € təşkil edir.

Mənbə: Folien Experte

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur