Mercedes-AMG yeni 2016 C63 S Coupe modelinin qısa video çarxı
Mercedes-AMG özlərinin yeni C63 S Coupe modelinin qısa video çarxını təqdim etdilər.
Yeni C63 S kupe modeli 0-100 km.saat sürətini cəmi 3.9 saniyə ərzində tamamlayır. Çəkisi (sürücü və baqajı çıxmaqla, 90% yanacaqla doldurulmuş halda) 1.725 kq təşkil edir. Avtmobilin elektriklə tənzimlənən maksimal sürəti 250 km/saat təşkil edir. Lakin, əlavə AMG paketinin tətbiqi ilə avtomobilin maksimal sürəti 290 km/saat çatdırıla bilər.
Güc müxtəlifliyindən (510 a.g. ilə 476 a.g.) başqa, əlavə iki yeniliyin daxil ediməsi ilə S versiyası standart modeldən: dinamik mühərrik qurğuları, təkər diski və şin müxtəlifliyi ilə seçilir. Beləki, standart C63 modeldə 9.0" x 18" (ön) və 10.5" x 18" (arxa) disklər üzərini 255/40 R18 (ön) və 285/35 R18 (arxa) şinləri örtdüyü halda, hazırda, 9.0" x 19" (ön) və 10.5" x 18" (arxa) disklərin üzərini yüngülləşdirilmiş 255/35 R19 (ön) və 285/30 R19 (arxa) şinlər örtəcək.
"Mercedes-Benz C-Class Coupe" sinfinin və AMG də daxil olmaqla ilk təqdimatı gələn ay Frankfurtdə keçiriləcək avtomobil sərgisində baş tutacaq.
Mənbə: Mercedes-AMG