Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

McLaren yeni 540C modelinin təqdimatını həyata keçirtdi

McLaren özünün yeni "540C Coupe" modelini rəsmi olaraq "Shanghai Motor Show" avtomobil sərgisində təqdim etdi.

İdman seriyalı avtomobillərə aid olan 540C modeli, 570S modelini addım-addım izləyir. Lakin, bu model tam yeni aerodinamik xüsusiyyətləri ilə seçilir. Buraya, 19 və 20-dyumluq yüngül lehimli təkər diskləri daxildir.

Avtomobilin interyerinə gəldikdə sürücü burada "premium" dəri sinfinə məxsus xüsusi - oturacaq, alətlər paneli və qapı panelləri üçün istifadə edilən dəri işləmələrlə qarşılaşacaq. Avtomobil həmçinin, 7-dyumluq multimediyalı displey, Bluetooth və GPS naviqasiya sistemi ilə təchiz edilib.

Mühərrikə gəldikdə burada 3.8-litrlik V8 tipli 540 a.g. tvin-turbo mühərriki yer alır. Mühərrik 7-pilləli SSG ötürücü qutusu ilə hərəkətə gətirilir. Beləliklə, avtomobil 100 km/saat sürətini cəmi 3.5 saniyə ərzində tamamlayır. Bu zaman avtomobilin maksimal sürəti 320 km/saat təşkil edir.

Digər əlavə dəyişikliklər məhdud sayda olsa da, McLaren mütəxəssisləri deyirlər ki, 540C modeli daha da, keyfiyyətli amortizatorlara sahib olub ki, bunlar da, avtomobilin gündəlik yürüşü üçün çox yaxşıdır. Şirkətdən həmçinin onuda qeyd ediblər ki, avtomobilin çəkisini azaltmaq və sürətini artırmaq məqsədi ilə onun korpusunun hazırlanmasında xüsusi aluminium panellərdən istifadə ediləcək. Bununla da, avtomobilin çəkisi cəmi 1.311 kg təşkil edəcəkdir.

Yeni 540C modeli McLaren üçün ən "əlçatan" model kimi qiymətləndirilərək onun ilkin satış dəyərinin 126.000 funt-sterlinq olacağı bildirilib. AVtomobil gələn ilin əvvəllərindən satışa buraxılacaq və satışı bütün dünya üzrə həyata keçiriləcək.

Mənbə: McLaren

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2019. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur