Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

“Mahindra” şirkəti “Pininfarina”-nı birləşdirmək üçün danışıqlar aparır

"Mahindra" şirkəti "Pininfarina"-nı birləşdirmək üçün danışıqlar aparır

"Reuters" informasiya agentliyinin verdiyi məlumata görə, "Mahindra" (Hindistanın avtomobil istehsalçısı) qalmaqallı "Pininfarina" (İtaliyada müstəqil avtomobil dizayn şirkəti) şirkətini almaq fikrinə düşüb.

"Mahindra" şirkəti artıq bir neçə həftə ərzində "Pininfarina" ilə danışıqlar aparsalarda, bu məsələ ilə yaxından əlaqəsi olanların Bloomberg nəşrinə verdikləri məlumatda bildirilib ki, ola bilsin bu danışıqlar baş tutmasın. "Pininfarina"-nın sözçüsünün verdiyi məlumata əsasən, onların şirkəti "Mahindra" ilə sıx əlaqələri var. Lakin, hazırki danışıqlar barədə bir məlumat verməkdən yayınıb.

Qeyd etmək istərdik ki, "Pininfarina" şirkətinin səhmləri son 11 ildə 10 dəfə ucuzlaşsa da, yaxşı xəbər də vardır ki, onların səhmləri hal-hazırda 10% artıb və artmaqda davam edir. Beləliklə, şirkətin hazırki səhmlərinin qiyməti 136 milyon avro dəyərindədir.

"Mahindra" şirkətinə gəldikdə, onlar artıq 2011-ci ildən "SsangYong Motor" sahib olublar. Keçən il isə, onlar "Peugeot" motoskiletlərini almaq barədə danışıqlar aparırdılar. 2014-cü ilin sonuna yaxın isə, şayələr yayılmışdır ki, şirkət SAAB avtomobillərinin istehsalı ilə məşqul olan "National Electric Vehicle Sweden (NEVS)" şirkətini almaq istəyirdilər. Və əgər, "Pininfarina" ilə razılaşma əldə olunarsa, yaxın illərdə, İtaliyanın məhşur avtomobil dizayn şirkətində SsangYong SUV avtomobillərinin istehsalını görə bilərik.

Mənbə: bloomberg.com

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur