Lotus-dan yeni Exige S Club Racer model

Lotus rəsmi olaraq özünün yeni 15 kg yüngül "Exige S Club Racer" modelini təqdim edir.
"Elise" modelinin 20 illik yubileyindən sonra, Lotus yeni kupe versiyalı "Exige S Club Racer" modeli ilə qayıtdı. Yeni modelin çəkisi 1,161 kg təşkil edir ki, bu da, idman oturacaqlarının, qapıların və batareyasının yenilənməsi ilə, çəkisini 15 kg azaltmağa imkan yaradır.
Daha aqressiv görünüşlü Exige S modeli yeni ön splitterə, alçaq döşəməyə və arxa "qənədə" sahib olub ki, bu da, avtomobil üçün 161 km/saat sürətində, çəki tarazlığını saxlamaq məqsədi ilə, əlavə 42 kg çəki yaratmağa imkan verir. Mühərriklə bağlı yenilənmə olmadığından avtomobil V6 tipli 3.5-litrlik mühərriklə 345 a.g. sahib olub. 0-100 km/saat sürətini cəmi 4 saniyə ərzində tamamlaya bilir.
Mənbə: Lotus