Yeni 1,700 a.g. LM2 Streamliner superkarı
"Lyons Motor Car" avtomobil şirkəti özünün yeni LM2 Streamliner adlı superkarın təqdimatını gələn ay baş tutacaq Nyu-York avtomobil sərgisinə planlaşdırıb.
Baxmayaraq ki, istehsalçı avtomobilin yalnız kompyuter qrafikalı eskizini hazırlayıb, xəbər verilir ki, avtomobildə bi-turbo texnologiyalı V8 DOHC mühərriki quraşdırılacaq ki, o da, 1,700 a.g. vermək imkanına malik olacaq. Bu güc 7-sürət ötürücülü ikili mufta ilə avtomobilin bütün dörd təkərində bərabər paylanacaq. Beləliklə də, avtomobil 0-100 km/saat sürətini cəmi 2.2 saniyə ərzində tamamlayacaq.
"Lyons Motor Car" şirkətinin 2011-ci ildə əsası qoyulsada, bu son 70 il ərzində Nyu-Yorkda yerləşən ilk avtomobil istehsalçısıdır. Yeni LM2 Streamliner modeli xüsusi olaraq, Bugatti, Pagani, Ferrari, Lamborghini kimi lyuks avtomobillərlə rəqabət aparmaq məqsədi ilə hazırlanır.
Mənbə: Lyons Motor Car