Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Kia Novo – 2015 Seul avtomobil sərgisində

Kia yeni 4 qappılı Novo konsepsiyasını "2015 Seoul Motor Show" avtomobil sərgisində təqdim etdi.

Bu versiya növbəti Kia versiyalarının ilkin baxış dizaynına sahib olub ki, Bu dizayn da, gələcək avtomobillərdə tətbiq edilə bilər. Bu səsbəbdən də, bu model Nova - latıncadan "novatus" tərcümədə "yeni", "yenilənmiş" mənasını daşıyır. Aqressiv görünüşə sahib bu konsepsiya əsasən Cerato/Forte modellərinin platforması əsasında hazırlanıb, lakin, yenilənmiş kuzaya, qısaldılmış ön asmaya və yeni dama sahib olub.

Avtomobilin ön hissəsi lazer fənərlərin əhatəsində olan yenilənmiş və böyüdülmüş radiator qəfəsinə sahib olub. Həmçinin qeyd edilir ki, təkər arkaları və yan ətəklər də yenilənib. Avtomobilin arxa hissəsinə nəzər saldıqda, burada xromlaşnış ikili qazboğucu, unikal formalı bamper və yeni arxa fənərləri görmək olar.

İnteryerə gəldikdə, Kia Novo salonunda qapı düymələrindən və tutacaqlardan minimal sayda istifadə edilir. Avtomobil yeni 3D holoqramlı displeyi və "kor görmə" sistemi ilə, öyünə bilər ki, bu sistemi idarə edən sensorlu panel vasitəsilə sürücü avtomobilin bütün funksiyalarından yararlanır. Maraqlısı orasındadır ki, bu sensor panel sürücünün barmaq izlərini oxumaq imkanına malikdir. Və panel ancaq sürücünün barmaq izlərini təyin etdikdən sonra isləməyə baslayır.

Bu versiya 4-silindirli, 1.6-litrlik turbo mühərrikə sahibdir. Mühərrik 7-pilləli ötürücü qutusu vasitəsi ilə hərəkətə gətirilir. Dartı quvvəsi ön təkərlərə düşür. Həmçinin, burada 20-dyumluq yüngül lehimli təkər disklərindən istifadə edilir.

Bütün bunlara baxmayaraq, Kia-nın mətbuata verdiyi açıqlamada bildirilib ki, onlar bu avtomobili kütləvi istehsala planlaşdırmırlar.

Mənbə: Kia

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur