Honda S660 Type R və S1000 modellərinin istehsalına icazə verilib
Honda avtomobil şirkəti S660 modelinin Type R versiyasını S1000 modeli ilə bərabər istehsal ediləcəyini təsdiqləyib.
Göz oxşayan dizayna sahib "Honda S660" Mugen tyuninq şirkəti tərəfindən tyuninq edilərək Type R vesiyası kimi təqdim edilir, 100 a.g. və aqressiv görünüşlü kuzaya sahibdir.
Digər məlumata görə, S1000 versiyasnın istehsalına "yaşıl işıq" verilib. Əgər bu məlumat öz təsdiqini taparsa, o zaman, S1000 yeni 1.0 litrlik 127 a.g. VTEC mühərrikinə sahib olacaq ki, bununla da, o hazırki 660cc mühərrikinə sahib 63 a.g. S660 modelinə nisbətən kiçik və enli kuzaya sahib olacaq.
Rəsmi məlumata əsasən yeni S1000-nin satışına 2016-cı ildən başlanacaq.
Mənbə: worldcarfans.com