Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Növbəti Honda Civic modeli tezliklə

"Worldcarfans" üçün həvəskar fotoqraflar tərəfindən çəkilən şəkildə Honda avtomobilinin növbəti "Civic" versiyasını görmək olar.

Honda şirkəti artıq "2015 New York Auto Show" avtomobil sərgisinə gələn qonaqları, özünün yeni təqdimatı ilə maraqlandırıb və bu təqdimatda əsas hədəf olan "Civic" versiyası növbəti 10-cu versiyanın istehsalı haqda bir xəbərdarlıq rolunu oynadı. Beləki, yeni model beynəlxalq model sayılaraq sedan və kupe tipli kuza versiyalarında istehsalı planlaşdırılır.

Avtomobilin şəkildə göründüyü kimi örtük altında olduğundan onun dizaynı barədə danışmaq hələki tezdi. Lakin, Almaniya yollarında çəkilən şəkildən də görmək olar ki, avtomobil sol sükan idarəetməyə sahib olacaq. Avtomobilin ilk ABŞ xüsusiyyətli modelinin satışı isə payıza planlaşdırılıb.

Honda şirkəti artıq xəbər verib ki, Şimali Amerika versiyalı avtomobil 1.5-litrlik VTEC Turbo mühərrikinə sahib olacaq ki, bu mühərrikin də 6-pilləli mexaniki, və ya, yeni daimi dəyişən transmissiyaya sahib olacağı gözlənilir.

Avtomobilin Azərbaycan bazarına nəvaxt çıxarılacağı hələki məlum deyil.

Mənbə: worldcarfans.com

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur