Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Hibrid mühərrikə sahib yeni BMW X5 xDrive40e

Yeni BMW X5 xDrive40e modelinin Çindəki avtomobil sərgisində təqdimatı baş tutub.

2013-cü ilin sentyabr ayında Frankfurt avtomobil sərgisində BMW-nin yeni X5 eDrive konseptinin nümayişi baş tutmuşdur. Hazırda isə avtomobilin kommersiya versiyası "xDrive40e" adı altında tanınır. İdman xüsusiyyətli avtomobil 2.0-litrlik 8-pilləli steptronik transmissiyaya və 9 kv/saat gücə malik litium-ion batareyaları ilə təchiz olunmuş turbo mühərrikə sahibdir.

Daxili yanma mühərriki ilə təchiz edilmiş yeni X5 xDrive40e 245 a.g. sahib olduğu halda, elektrik mühərriki ilə əlavə olaraq 113 a.g. əldə etmiş olur. Kombinasiya olunmuş mühərrik sistemi ilə avtomobil ümumilikdə 313 a.g. sahibdir ki, bu konfiqurasiya ilə 100 km/saat sürətini cəmi 6.8 saniyə ərzində tamamlayır. Bu zaman maksimal sürəti 210 km/saat təşkil edir.

BMW şirkətinə istinadən, bu model 100 km yola 3.4 litr yanacaq sərf edir. Adi ev şəraitində istifadə edilən rozatkadan istifadə edilərək avtomobilin batareyalarını 3 saat 50 dəqiqə ərzində tam yükləmək mümkündür. Bundan başqa, əlavə "BMW i Wallbox" istifadə edərək batareyaların yüklənmə vaxtını 2 saat 45 dəqiqəyə kimi azaltmaq mümkündür.

Mənbə: BMW

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur