Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

2015 Dodge Viper Çində çox gülünc bir qiymətə satışda

Yeni "Dodge Viper" artıq Çində ağlasığmaz məbləğdə cəmi 479,000$ dəyərində satışda.

Dodge Viper modeli rəsmi olaraq Çin üçün istehsal edilməyib, lakin, Çinin Beijinq şəhərinin qara bazarında bu modelin satışda və cəmi 479,000 $ dəyərində olduu bildirilir. Əgər ABŞ bazarında satışda olan Viper modelinin standart konfiqurasiyada qiymətinin 87,095 $ başlandığını desək o zaman, Çində satışda olan qiymət çox gülünc doğurucu bir məbləğdir. Belə böyük qiymət fərqinin olması nəinki satıcının əlavə məbləğ əlavə etməsi, həmçinin, 4.0 litr mühərrikli avtomobillərə Çində tətbiq olunan yüksək vergilərin olması ilə də, izah oluna bilər.

Çinin "Car News" nəşrinin verdiyi məlumata əsasən, avtomobili satan şəxs bildirib ki, Viper Çində rəsmi olaraq qeydiyyatdadı, lisenziyalıdı və sığortalıdı. ABŞ-ın Kaliforniya ştatından rəsmi dillerlərdən alınan bu modelin artıq 3 ədədi Çində naməlum qiymətlərə satılıb.

Bundan başqa şəkildə gördüyünüz göy rəngli "Chevrolet Corvette Stingray" modeli də, Çində 278,000 $ dəyərində satışdadır.

Qeyd: Bunun üçün də, avtomobil alan zaman diqqətli olmanız vacibdir.

Mənbə: carnewschina.com

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur