Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Mercedes G-Class bazasında hazırlanan yeni DMC G88

DMC özlərinin 5 illik yubileylərin qeyd etmək məqsədi ilə Hong-Kongda məhdud saylı yeni G88 modellərinin təqdimatını həyata keçirtdilər.

"Mercedes G-Class" bazası əsasında hazırlanan G88 modeli havalandırılan karbon lifli kapota, karbon lifli ehtiyyat təkər örtüyünə və dam üzərində bərkidilmiş spoylerə sahib olub. Bu model həmçinin, enli kuza xüsusiyyətlərinə və 23 və 25-dyumluq tökmə yüngül lehimli təkər disklərinə sahib ola bilər.

İnteryeri dəyişkən dizayna sahib olduğuna görə, alıcı istəyinə uyğun olaraq, salonda hər şeyi karbon liflərindən hazırlanmasını sifariş verə bilər.

DMC avtomobilin performansı barədə danışarkən təsdiqləyib ki, mühərriki yeni porşenlərə, əlaqələndirici çubuqlara və yeni podşipniklərə sahib olub. Model həmçinin, yeni dirsəkli valla və idman tipli qazboğucu sistemə sahib olub. Bütün bu yenilənmələr sayəsində avtomobil 700 a.g. sahib olub.

Avtomobilin istehsalı məhdud sayda - cəmi 5 ədəd planlaşdırılıb ki, onların da hər biri ayrı-ayrı rəng çalarlarına sahib olacaq.

Mənbə: worldcarfans və DMC

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur