Daha yaxşı performansa sahib yeni Superb GreenLine
Skoda avtomobil "Superb GreenLine" modelinin ilk təqdimatının 2015 İAA sərgisində, sentyabr ayında baş tutacağını bildirib.
1.6-litrlik 120 a.g. TDİ dizel mühərriki ilətəchiz edilmiş, hetçbek versiyalı modeli 100 km məsafəyə 3.7 litr yanacaq sərf edir. "Superb GreenLine" modeli bir çən tam dolu yanacaqla 1.780 km-dən artıq məsafə qət edə bilər.
Avtomobil 6-pilləli mexaniki ötürücü, "start - stop" sistemi və əyləc enerji bərpa funksiyası ilə təchiz edilib. Bundan başqa avtomobil SCR sistemi, aerodinamik tənzimlənmiş asma və şassiyə sahib olub. Bütün bu yeniliklər sayəsində avtomobil daha yaxşı aerodinamik göstəricilərə sahib olacaq ki, hetçbek modeli üçün sürtünmə əmsalı (0.263 və sedan modeli üçün isə 0.275) təşkil edir.
"Superb GreenLine" modeli "Aktiv", "Məğrurluq" və "Stil" işləməli versiyalarda təqdim ediləcək.
Mənbə: Skoda