Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Yeni Citroen Aircross konsepsiyasının sirləri açıldı

Bəzi şəkillərin və məlumatların sızmasından sonra, Citroën Aircross konsepti "Auto Shanghai 2015"-də iştirak etmək üçün yola düşüb.

C4 Cactus modelindən böyük olan Aircross koseptinin uzunluğu 4580mm, eni 2100mm, hündürlüyü 1800mm təşkil edir və 22-dyumluq yüngül lehimli təkər diskləri ilə təchiz edilmişdir. Bu model dizayn baxımından Cactus modelinə bənzəsə də, ölçülərinə görə Land Rover Discovery Sport və Hyundai Santa Fe kimi modellərlə rəqabətə girə bilər.

"Cactus" modelinə gəldikdə, bu avtomobildə "Air Bumps" indi "alloy bumps" ilə əvəz edilib və üzəri qalın rezinlə örtülüb. Lakin, bu yenilik yeni modeldə tətbiq edilməyə bilər. Citroën həmçinin "air signs" (arxa şüşənin xromla örtülməsi) və "air curtains" (ön hava arakəsmələri) ilə təchiz edilib ki, Fransız brendi bunun heçdə tək dizyn üçün eləmədiklərini bildirib. Onlar deyirlər ki, bu həmdə avtomobilin aerodinamik göstəricilərini artıracaq.

Çəhrayı rənglə qırmızı rəngin vəhdətini təşkil edən kuzaya sahib yeni Aircross konsepti öndə quraşdırılan 1.6 litrlik hibrid mühərriklə 218 a.g. sahib olduğu halda, arxada quraşdırılan 95 a.g. elektrik mühərriki ilə birgə ümumi gücü 313 a.g. bərabər olur. Elektrik mühərriki litium-ion batareyaları ilə təchiz edilərək avtomobilə əlavə 50 km-lik yürüş məsafəsini qazandırır.

313 a.g. sahib avtomobil 100 km/saat sürətini 4.5 saniyə ərzində yığmaq imkanına malikdir. O ki, qaldı avtomobilin interyer göstəricilərinə, burada 12-dyumluq yüksək keyfiyyətli daşına bilən monitor quraşdırılıb. Maraqlıdır ki, bütün oturacaqlar mikrafon və dinamiklərlə (sərnişinlər arasındakı ünsiyyəti asanlaşdırmaq məqsədilə) təchiz edilib.

Avtomobilin tam texniki göstəriciləri və istehsal tarixi barədə məlumat yoxdur.

Mənbə: Citroen

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur