Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

“LUMMA Design” atelyesi tərəfindən təqdim edilən yeni BMW X6

"LUMMA Design" tyuninq atelyesinin mütəxəssisləri BMW X6 modelinin ikinci versiyası üçün tyuninq paketini təqdim etdilər.

Bu paket 2014-cü ildə hazırlanan paketin təkmiləşdirilmiş nümunəsi olaraq daha enli kuzaya, böyük 22-dyumluq yüngül lehimli təkər disklərinə və 4-ədəd müxtəlif ölçülü qazboğuculara sahib olub. Yeni ön splitterin, radiator qəfəsinin, tündləşdirilmiş dumana qarşı LED fənərlərinin, baqaj üzərindəki spoylerin, qara diffuzerin, dam panelinin və avtomobilin yerdən məsafəsini cəmi 40 mm olmasını təmin edən purjinlərin tətbiqi sayəsində avtomobil daha gözəl görünüşə sahib olub.

Güc xüsusiyyətlərinə gəldikdə buraya bir neçə paket daxildir. Bunlara misal olaraq xDrive50i texnologiyalı mühərriklə 450 a.g-dən 555 a.g. kimi güc hasil edilir və V8 tipli 4.4-litrlik ECU sistemi ilə təmin edilmiş tvin-turbo mühərriki sayəsində 792 Nm gücə sahib olur.

Avtomobilin interyer şəkilləri dizaynerlər tərəfdən təqdim edilməsə də, onlar bildiriblər ki, salonda geniş çeşidli dəri və Alkantar üzlüklərdən, karbon lifli və ağac işləmələr, velür xalçalar və salon işıqlarından istifadə ediləcək.

Mənbə: LUMMA Design

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur