Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

BMW X5 M – Performance

BMW X5 M - Performance

BMW-nin İngiltərə nümayəndəliyi X5 modeli üçün tətbiq edilən "M Performance" hissələri haqda kiçik video çarx hazırlayıblar.

3-cü nəsil X5 artıq keçən ilin payızından "M Performance" hissələrinə sahib olub və indi isə BMW bu video çarxı hazırlamaqla alıcılara xatırlatmaq istəyir ki, hansı hissələr təklif edilir. Tünd boz rənglə rənglənmiş avtomobil parlaq radiator qəfəsinə, karbon lifli splitterə, karbon güzgü qapaqlarına və yenilənmiş yan çıxıntıya sahib olub.

Avtomobil 21-dyumluq yüngül lehimli disklərlə təchiz edilib və karbon lifli arxa yan işləmələrə sahib olub. Həmçinin, arxada karbon lifli diffuzor və spoyler quraşdırılır. BMW avtomobilin salonunu göstərməsə də, məlumdur ki, "M Performance" kataloquna ötürücü qutunun karbon örtüklü sürət ötürücüsü, idman tipli sükan, yüksək keyfiyyətli paslanmaz metaldan hazırlanmış əyləclər və "M Performance" brendi olan ayaqaltı xalılar daxildir.

Bundan başqa, "M Performance" paketinə xDrive35i üçün təkmilləşdirilmiş mühərrik daxildir ki, bu da, 3.0-litrlik altı silindirli 326 a.g. turbo mühərrikdir.

Mənbə: BMW

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur