Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

BMW-dən yeni OLED layihəsi

BMW şirkəti M4 modeli üzərində sınaqdan keçirilən OLED fənərləri layihəsi üzərində işləyir.

"M4 İconic Lights" konsepsiyasının təqdimatı bu ilin Yanvar ayında CES (Customer Electronic Show) sərgisində baş tutub və təqdimatda BMW-nin yeni layihəsi olan OLED fənərləri nümayiş etdirilib. Avtomobilin arxa fənərləri orqanik işıq diodlarından hazırlanıb ki, onlarında hər birinin qalınlığı cəmi 1.4 mm təşkil edir. Arxa fənərlər xüsusi modellərdən götürülüb buda o deməkdir ki, bu fənərlər individual olaraq müxtəlif şəraitlərdən asılı olaraq müxtəlif işıq effektləri verə bilir.

BMW artıq məlumat yayıb ki, yeni OLED texnologiyalı fənərlər tezliklə "M" modellərində tətbiq ediləcək və dedi-qodulara əsasən, bu modellərdən biri bu ilin sentyabr ayında Frankfurtda keçiriləcək avtomobil sərgisində iştirak edəcək M2 modeli olacaq. Digər məlumatda isə, OLED fənərlərinin yeni M4 GTS modelində tətbiq edilməsi gözlənilir.

Mənbə: BMW

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur