Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Parıltılı bənövşəyi rəngli yeni BMW 760Li modeli

"BMW Abu Dhabi Motors" özünün yeni parıltılı bənövşəyi rəngli 760Li modeli ilə geri qayıdıb.

Əvvəllər BMW bütün yeni model 7-ci seriyaların sirlərini açmağı söz vermişdisə, indi biz hələki F02 sinfinin ən bahalı modeli olan 760Li ilə kifayətlənməli olacayıq. Parıltılı bənövşəyi rənglə rənglənmiş avtomobilin ağ rəngli salona sahib olması isə, bu modeli daha da, cəlbedici edir.

Xüsusi hazırlanan bu avtomobil əlavə M-Sport paketinə, "BMW Individual Opal White Merino" ağ rəngli dəri interyerə, "BMW Individual Piano Black" qara rəngli çıxıntılara, "Bang & Olufsen" səs sisteminə, 9.2 dyumluq displeyə və 2-ədəd qulaqlığa malik, iDrive idarəetmə ilə təchiz edilmiş arxa sərnişinlər üçün multimediya sisteminə sahib olub.

Avtomobilin kapotu altında V12 tipli 6.0-litrlik 544 a.g. güclü mühərrik quraşdırılıb. Bu mühərriklə avtomobil 100 km/saat sürətini cəmi 4.6 saniyə ərzində tamamlayır.

Mənbə: BMW Abu Dhabi Motors

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur