Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

BMW şirkətindən yeni “dizayn ənənəsi” layihəsi

BMW şirkəti bu ilin may ayının 22-də "Concorso d’Eleganza Villa d’Este" adlanan sərgidə nümayişi nəzərdə tutulan yeni 3.0 CSL Hommage konseptinin ilk tizer şəklini təqdim etdi.

BMW 3.0 CSL "əbədi klassik və ikonik" avtomobil sinfinin "yeni dizayn ənənəsi" kimi səciyyələndirilir. Şirkətdən verilən məlumata əsasən avtomobilin yeni dizaynına güclü təkər arkaları, yenilənmiş dam və arxa spoyler daixildir. Tizer şəklindən isə görürük ki, avtomobilin arxa LED fənərləri də, yenilənib.

BMW həmçinin məlumat verib ki, avtomobilin bütün elementləri “tamamilə vacibdir” və Hommage “texniki mükəmməlliyi və formal mürəkkəbliyi” ilə seçilir.

Avtomobil haqda ətraflı məlumat onun may ayının 22-də baş tutacaq rəsmi təqdimatından sonra açıqlanacaq.

Mənbə: BMW

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur