Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

BMW 3.0 CSL Hommage rəsmi olaraq təqdim edildi

BMW avtomobil şirkəti yeni 3.0 CSL Hommage konseptinin ilk tizer şəklinin təqdimatından sonra avtomobilin rəsmi təqdimatını "Concorso d’Eleganza Villa d’Este" avtomobil sərgisində həyata keçirtdi.

Əfsanəvi 3.0 CSL modeli kimi dizayn edilən bu model aqressiv görünüşlü ön radiator qəfəsinə sahib olub. Həmçinin, karbon lifli ön splitterə və LED diodları ilə əhatə edilmiş ikili radiator qəfəsinə sahib olub. Avtomobilin arxasına nəzər saldıqda görə bilərik ki, buraya qalın palçıqlıqlar, karbon lifli yan ətəklər və güzgü rolunu oynayan balaca arxa kamera əlavə edilib. Avtomobil həmçinin, dam üzərində və arxada spoylerə, LED tipli arxa fənərlərə, CFRP diffuzora və 21-dyumluq yüngül lehimli disklərə sahib olub.

İnteryer dizaynına gəldikdə, buraya 2 ədəd yüngül, idman tipli oturacaqlar daxildir. Sürücü üçün minimal alətlər paneli, unikal sükan və yüngül lehimli pedallar quraşdırılıb. Digər özəlliklərə, karbon lifli karkas və inteqrasiya edilmiş yanğın söndürmə sistemi daxildir.

BMW avtomobilin texniki göstəriciləri barədə məlumat verməsə də, təsdiqləyib ki, avtomobildə 6-silindirli eBoost texnologiyalı güclü mühərrik quraşdırılacaq.

Mənbə: BMW

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur