Cəmi 380 ədəd istehsal ediləcək BMW 118i Fashionista xüsusi versiya
BMW avtomobil şirkətinin Yaponiyadakı nümayəndəliyi yeni "118i Fashionista" xüsusi versiyasını istehsal edəcəklər.
1-ci seriyalı BMW model bazası əsasında təqdim ediləcək avtomobil tünd qırmızı və ağ rəngli kuzaya və 17-dyumluq Y-oxlu təkər disklərinə sahib ola bilər. Salona gəldikdə, buraya metal işləmələr və dəri oturacaqlar daxildir.
Standart versiyalı model park radarla təchiz edilmiş arxa görüntü kamerası, açarsız işəsalma və mühərrikin "start/stop" funksiyasına və bir sıra sürücü üçün əhəmiyyətli özəlliklərə sahib olacaq.
Mühərrikə gəldikdə, buraya 1.5-litrlik 3-silindirli 136 a.g. turbo mühərrik daxil olacaq. Mühərrik ZF-mənbəli 8-pilləli avtomat ötürücü qutusu ilə hərəkətə gətiriləcək.
Yeni "118i Fashionista" modelinin məhdud sayda - cəmi 380 ədəd sentyabr ayından istehsalına başlanacaq.
Mənbə: BMW Yaponiya