Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

430 a.g. sahib olacaq yeni Audi RS3 Sportback

Alman tyuninq atelyesi "ABT Sportsline" Audi RS3 Sportback modeli üçün yeni güc paketini hazırlayır.

367 a.g. sahib Sportback modeli Mercedes-Benz şirkəti tərəfindən A45 AMG üçün hazırladıqları yeni güc paketinin tətbiqi ilə onun gücünün 381 a.g. çatdırılması ilə öz güc üstünlüyünü itirdi. Buna baxmayaraq, ABT bu üstünlüyü aradan qaldırmaq üçün yeni 5-silindirli, 2.5-litrlik və maksimal 465 a.g. sahib ola biləcək güc paketi üzərində çalışır.

Əlavə güc sayəsində RS3 modeli 0-100 km/saat sürətini cəmi 4.1 saniyə ərzində tamamlayacaq ki, bu da, adi versiyadan 0.2 saniyə sürətlidir. Avtomobilin elektriklə tənsimlənən maksimal sürəti də, 250 km/saat-dan, 285 km/saat-a kimi artırılacaq.

Bütün bu yeniliklər kifayət etməzsə, ABT Sportsline bildirib ki, onlar növbəti mərhələ üzərində də, çalışırlar ki, buraya yeni 235/35 R19 Continental şinlərə bürünmüş 19-dyumluq yüngül lehimli təkər diskləri, əlavə ödənişlə xalçalar və qapı üzərində quraşdırılmış və firmanın logosunu əks etdirən LED diodlar daxildir.

Mənbə: ABT Sportsline

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur