Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Audi R18 e-tron quattro 2015 Dünya dözümlülük çempionatında

Audi R18 e-tron quattro 2015 Dünya dözümlülük çempionatında

Audi Motorsport yeni "2015 R18 e-tron quattro" modelini FIA Avtomobillərin Dözümlülük üzrə dünya çempionatına kimi hazırlamağı planlaşdırıb.

Le Mans-dakı qalibiyyətindən sonra Audi bu qələbəni yenilənmiş aerodinamik asma sayəsində təkrarlamağı planlaşdırıb. Avtomobil yenilənmiş LED fənərlərin altından başlayaraq təkər arkalarına kimi uzanan böyüdülmüş hava arakəsmələri və Audi Laserlight texnologiyasına sahib olub. Həmçinin, ön qənəd, kapot və mühərrik qapağı da, yenilənib.

Audi 2015 dünya çempionatında istifadə ediləcək trasların növlərinə uyğun olaraq iki kuza tipli model hazırlayır. Və bu modellərin şassisi Michelin ilə əməkdaşlıq sayəsində ərsəyə gələcək. Həmçinin avtomobilin elektrik mühərrikinin gücü 272 a.g. kimi artırılıb. Bununla da, avtomobil 700 kilocoula kimi enerji ehtiyyatına sahib olacaq ki, bu da, əvvəlkinə nisbətən 17% daha çoxdur.

FİA-nın ağır tələbatına uyğun olaraq, hazırki, LMP1 prototipinin çəkisi 870 kg olaraq, əvvəlki versiyasına nisbətən 2.5% faiz daha az dizel yanacağı sərf edir. TDİ tipli 4.0-litrlik V6 mühərriki 558 a.g. sahibdir və 2015 dünya çempionatında cəmi 5 tip mühərrikdən istifadə ediləcək.

Mənbə: Audi

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur