Audi A7 – Almaniyanın nəqliyyat nazirinin test yürüşündən video
Almaniyanın nəqliyyat naziri Alexander Dobrindt Audi A7 avtomobilində tətbiq edilən yeni sistemin test yürüşünü həyata keçirtdi.
"Jack" adı altında tanınan bu prototip nazirin şəxsi sınağı ilə A9 avtoban yürüşündə özünü çox gözəl göstərdi.
Dobrindt modelinin test yürüşündən sonra qeyd edildi ki, "Rəqəmsal texnologiyalar sürücünün işini asanlaşdırır, təhlükəsizliyi və rahatlığı artırır. Yoldakı probkalar və ətraf mühitin çirklənməsi azalacaq, yolda təhlükəsizlik artacaq." O bildirib ki, "Bizim avtomobil sənayemiz dünyada ən çox cəlbedici avtomobillər istehsalçısıdır. Bizim məqsədimiz dünyada avtomobil istehsalı sahəsində liderliyi ələ almaqdır."
Audi avtomobildə əlavə edəcək yeni sistem şəhər yollarındakı probkalarda 65 km/saat sürətə kimi özünü idarəetmə funksiyasına sahib olacaq. Bu sistemin tətbiqi isə 2017 ilin əvvəllərindən Audi A8 modellərində tətbiqi gözlənilir.
Mənbə: Audi