Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Aston Martin Vantage GT3-ün adı rəsmi olaraq dəyişdirildi

Aston Martin bəyan edib ki, Vantage GT3 xüsusi versiyası artıq "GT12" adı altında tanınacaq.

Cəmi 2 ay bundan qabaq istehsal edilən Vantage GT3 məhdud sayda istehsalı nəzərdə tutulan avtomobildir ki, onda da, V12 tipli 6.0-litrlik 600 a.g. mühərrik quraşdırılıb. Avtomobilin çəkisi V12 Vantage S nisbətən 100 kg yüngüldür.

Porsche şirkəti Aston Martinə verilən "GT3" adı ilə razılaşmayaraq, onlardan bu adı dətişmələrini tələb ediblər və bildiriblər ki, əgər ad dəyişilməsə onda Porsche məhkəməyə müraciət edə bilər. Britaniya avtomobil şirkəti bu riskə getməyərək avtomobilin adını dəyişərək "Vantage GT12" kimi adlandırdı. Beləliklə, də Aston Martin yeni rəsmi video çarxla avtomobilini nümayiş etdirməli oldu.

Xatırladaq ki, Aston Martin Vantage GT12 100 km/saat sürətini cəmi 3.7 saniyə ərzində tamamlayır. Ümumi istehsala cəmi 100 avtomobil çıxarılacaq ki, onların satışı 2015-ci ilin sonlarına yaxın planlaşdırılıb. Lakin bildirilib ki, avtomobil ABŞ və Çində satışa buraxılmayacaq.

Mənbə: Aston Martin

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur