Aston Martin Jet 2+2 konfiqurasiyada

Almaniyanın Boppard şəhərindəki dayanacaqların birində qeyri-adi bir Aston Martin Jet 2+2 modeli kameralara tuş gəlib.
2013-cü ilin fevral ayında təqdim edilən bu model, Britaniya istehsalçıları ilə Bertone arasındakı 60 illik əməkdaşlıq yubileyini qeyd etmək məqsədi ilə, nümayiş etdirilmişdir. Aston Martin Rapide əsasında yığılan bu avtomobil, Bertone-yə görə, "Shooting Brake" kuzasına sahib olaraq avtomobilə hətta dayanmış halda onun hərəkətdə olması effektini verir.
Avtomobilin salonunda 4 ədəd 2+2 konfiqurasiyada oturacaqlar var. Şəkildən gördüyünüz kimi, avtomobil sağ tərəf sükana sahib olub və alətlər paneli dəri və ağac materiallardan hazırlanıb.
Mənbə: Autogespot