300 a.g. sahib ola biləcək yeni Alfa Romeo Giulia
İtaliya flaqmanı sayılan yeni "Alfa Romeo Giulia" modeli haqda ətraflı məlumatlar üzə çıxdı.
Belə ki, yeni məlumatlara əsasən avtomobil yeni 1.8-litrlik "biturbo" mühərrikə sahib olub. Mühərrik kiçik fırlanma anında çalışan kiçik turbinlə və orta və ya, böyük fırlanma anında çalışması üçün isə böyük turbinlə təchiz edilib. Avtomobildə maksimal 300 a.g. almaq üçün bu turbinlər çıxış və giriş klapanlarının birgə fəaliyyəti ilə çalışacaq.
Yeni mühərrikin Avro 6 standartlarına tam cavab verəcəyi gözlənilir. İkili mufta ilə təchiz edilmiş avtomatik transmissiya ilə avtomobil 0-100 km/saat sürətini cəmi 6 saniyə ərzində tamamlayacaq. Bu zaman elektriklə tənzimlənən maksimal sürət 245 km/saat həddində müəyyən edilir.
Mühərrik xüsusiyyətlərində həmçinin, 240 a.g. verə bilən bir turbolu mühərrik də təklif edilə bilər. Bu sinif avtomobilin maksimal 3.0-litrlik V6 ikili-turbo mühərrikli versiyasının at gücü 526 a.g. təşkil edir.
"Giulia" adı rəsmi təsdiqlənməyən avtomobilin ilk təqdimatı böyük ehtimalla bu il iyun ayında baş tutacaq. Model "Giorgio" tipli arxa ötürücülü şassi üzərində yığılacaq.
Mənbə: worldcarfans.com