Daxil ol

Daxil ol

Şifrənizi unutmusunuz?

Qeydiyyat

Qeydiyyat

Yeni 2016 Renault TALISMAN rəsmi təqdimatı

Renault avtomobil şirkəti özünün yeni orta ölçülü sedan TALISMAN modeli ilə dünya təqdimatına hazırlaşır.

Bu versiya CMF platformasının tətbiqi ilə daha çox üstünlük sayəsində artıq köhnə versiyalar hesab edilən "Laguna" və "Latitude" modellərinin əvəzedicisi kimi təqdim ediləcək. Bu model tam yeni eksteryer və interyer xüsusiyyətlərinə sahib olacaq. Ölçülərə gəldikdə yeni "TALISMAN" modelinin uzunluğu 4.85 metr, eni 1.87 metr və hündürlüyü 1.46 metr, təkər bazası 2.81 metr təşkil edir. Avtomobilin baqaj tutumu 600 litr təşkil edir.

Ön hissəsinə nəzər saldıqda görmək olar ki, bu model yanlardan LED fənərlərlə və C-formalı LED diodlu gündüz fənərləri ilə əhatə olunan böyüdülmüş radiator qəfəsinə sahib olub. Arxa hissədə isə avtomobili digər modellərdən fərqləndirmək üçün LED diodlu arxa fənərlər 3D effektə sahib olub ki, bu da, avtomobili günün istənilən vaxtı üçün seçilən edir.

Salon xüsusiyyətlərinə gəldikdə, avtomobil "Espace" modelinin salon xüsusiyyətlərinə sahib olub ki, burada da, bütün salon boyu 25 litrlik boş sahə saxlanılır. Salonda arxa sərnişinlər üçün dizlik məsafəsi 262 mm, salonun ümumi tavan hündürlüyü isə 855 mm təşkil edir. Bütün bunlar sayəsində ön oturacaqlarda əyləşən sərnişinlər özlərini tam rahat hiss edərək oturacaqları 10 müxtəlif üsulla tənzimləyə bilərlər. Bundan başqa ön oturacaqların üst və bel hissəinin qızdırılması, xüsusi massaj funksiyası və 6 yaddaşlı istiqamət vardır.

Avtomobilin başlanğıc versiyası 4.2-dyumluq mərkəzi displeyə sahib olacaq. Lakin, daha mükəmməl versiya tərəfdarları olanlar üçün böyük 8.7-dyumluq sensorlu displeylə yanaşı, 13 dinamikli Bose audiosistemi ilə çalışan "R-Link 2" multimediya sistemi təklif edilir.

Yeni "Renault TALISMAN" "TCe 150" və "TCe 200" tipli benzin yanacaqlı turbo mühərrikə sahib olacaq ki, bu mühərriklər də, ancaq 7-pilləli ikili muftalı ötürücü qutusu ilə çalışacaq. Dizel yanacaqlı versiyalı model isə "dCi 110" və "dCi 130" mühərrikləri 6-pilləli mexaniki, və ya, 7-pilləli ikili muftalı ötürücü qutusu ilə hərəkətə gətiriləcək. Bura həmçinin, "dCi 160" ikili turbodizel mühərriki də, daxil ediləcək ki, o da yalnız 6-pilləli ikili mufta ilə çalışacaq.

İlk nümayisinə gəldikdə, avtomobil "Initiale Paris" versiyası adı altında premium modeli ametist qara rənglə rənglənmiş kuzaya, 19xüsusi sifarişli 19-dyumluq təkər disklərinə, xüsusi Nappa işləməli eksteryer və interyer yeniliklərinə, Nappa dərili sükana, çoxqatlı yan şüşələrə, eksklyuziv hazırlanmış ayaqaltılara sahib olacaq.

Mənbə: Renault

Facebook şərhləri

Bütün elanlar

  • saat ərzində0
  • gün ərzində0
  • ümumi say11

Archives

Bizimlə əlaqə

Copyright © 2015 - 2020. AvtoElan.az © 2019. Bütün hüquqlar qorunur